İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-da vətəndaşları üçün polis məntəqələri qurub

“Birləşmiş Ştatlar Çinin Amerika şəhərlərində icazəsiz “polis məntəqələri” qurmasından narahatdır”.

Musavat.com xaric agentliklərə istinadən xəbər verir ki, bu problem şəxsən FTB direktoru Kristofer Reyin dilindən səslənib.

Qeyd edək ki, Avropada yerləşən “Safeguard Defenders” insan haqları təşkilatı bu ilin sentyabr ayında Nyu York da daxil olmaqla dünyanın böyük şəhərlərində onlarla Çin polisinin “xidmət məntəqələrini qurduğuna” dair hesabat dərc edib.

İddia olunur ki, həmin “məntəqələr” Pekinin bəzi Çin vətəndaşlarına və ya onların xaricdəki qohumlarına təzyiq göstərmək vəzifəsini həyata keçirir.

“Mən bu barədə çox narahatam. Biz bu bölmələrin mövcudluğundan xəbərdarıq",-deyə Rey ABŞ Senatının Daxili təhlükəsizlik və hökumət işləri komitəsində keçirilən dinləmələrdə danışıb.

Lakin ABŞ rəsmisi FTB-nin bu məsələ ilə bağlı apardığı araşdırmanın detallarını açıqlamaqdan imtina edib. “Ancaq Çin polisinin məsələn, Nyu-Yorkda obyekt açdığını düşünmək məni hiddətləndirir. Bu, dövlət suverenliyinin pozulması deməkdir”,-deyə o qeyd edib.

Respublikaçı senator Rik Skott bu tip “stansiyaların” ABŞ qanunlarını pozub-pozmadığınıı soruşub.Kristofer Rey FTB-nin işin “hüquqi parametrləri araşdırdığını” deməklə kifayətlənib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Çin hökumətinə qarşı ABŞ-da Çin lideri Si Tzinpinə müxalif olan çinliləri təqib etmək, casusluq etmək və şantaj etməklə bağlı bir sıra ittihamlar irəli sürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR