İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-a sərt xəbərdarlıq etdi: "Müdaxilə edərik"

Çin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı ABŞ-a xüsusi xəbərdarlıq edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.

Çin rəsmisi Nensi Pelsonin səfərinə mümkün hərbi cavabı da istisna etməyib.

“Financial Times” bu bəyanatın Çinin son dövlərdə ən sərt təpkisi olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri sonuncu dəfə Tayvanı 1997-ci ildə ziyarət edib.

Prezident Co Bayden Nensi Pelosinin səfərinin baş tutub-tutmayacağı ilə bağlı şübhələrini dilə gətirib.

O, ordu mənsublarının bunun "yaxşı fikir olmadığı” barədə xəbərdarlıq etdiklərini gizlətməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR