İnsanlara hürriyət, millətlərə istiqlal!

Çimkənddə gecələr küçədə dilənən 140 yeniyetmə aşkarlanıb

Ramazan ayının gəlişi ilə gecə saatlarında Qazaxıstanın Çimkənd şəhərinin küçələrində çox sayda uşaq və yeniyetmə dilənçilik etməyə başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ənənəvi olaraq hər il axşam saatlarında müsəlmanların iftarından sonra şəhərin küçələrinə çıxan uşaqlar çoxmərtəbəli binaların ətrafında gəzir, qapıları döyür və ya yollarda avtomobilləri saxlayır, sədəqə istəyirlər. Onlar əsasən pul və ya şirniyyatla mükafatlandırılırlar.

Bununla belə, polis qüvvələri qed edirlər ki, formalaşmış ənənələrə baxmayaraq, bu cür gecə reydləri qanunsuzdur. Ona görə də polislər gecə reydlərinə çıxır, yeniyetmələri bu əməldən çəkindirməyə çalışırlar.

Bildirilir ki, təkcə son iki gündə küçədə 140 yeniyetmə tapılıb, onlardan 9-u adaptasiya mərkəzinə yerləşdirilib. Qalanların valideynləri ilə profilaktik söhbət aparılıb, bir neçə nəfərə inzibati protokol tərtib edilib, iki dəfə qanunu pozanlar cərimələnib.

Bu cür tədbirlərin uşaqlar üçün mümkün olan təhlükəsiz mühitin yaradılmasına və gözlənilməz halların qarşısının alınmasına yönəldiyi qeyd olunur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR