İnsanlara hürriyət, millətlərə istiqlal!

Çimərlikdə “avtoş”luq edənləri hansı cəzalar gözləyir? - VİDEO

Çimərlik ərazisində avtomobillərin hərəkəti insanların istirahətinə mane ola, hətta xəsarət almalara belə səbəb ola bilir.

Belə hadisələr dəfələrlə baş verib. Bu yaxınlarda çimərlik ərazisində avtoxuliqanlıq edilməsi hadisəsini də fakt kimi qeyd edə bilərik. Sözügedən vəziyyət təbii ki, çimərliyə istirahət üçün gələnləri narahat etməyə bilməz.

BDYPİ-nin ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirli bu istiqamətdə nəzarət tədbirlərinin həyata keçirildiyini bildirir.

Toğrul Nəsirli onu da qeyd edib ki, bu cür hərəkətlərə yol verən şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə oluna bilər. Və ya onları  nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs gözləyir.

Daha ətraflı APA TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR