İnsanlara hürriyət, millətlərə istiqlal!

CHP İmamoğluna görə təcili toplanır - Türkiyədən AÇIQLAMA

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrəm İmamoğlu saxlanılıb. İstanbul Baş Prokurorluğu İmamoğlu və onun media müşaviri Murat Ongun daxil olmaqla 100 nəfər barəsində həbs qərarı verilib.

Şübhəlilər barəsində eyni vaxtda saxlanılma, axtarış əməliyyatlarının keçirilməsi üçün polisə təlimat verildiyi bildirilib. Onlar terror, rüşvət və korrupsiyada ittiham olunur.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, təqsirləndirilən şəxslər cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılmasında ittiham olunaraq saxlanılıblar.

Hadisəyə CHP rəhbərliyi dərhal reaksiya verib. Partiyanın sədri Özgür Özel İstanbula yola düşüb. İmamoğlunun bu gün Maltepədə keçirəcəyi mitinq ləğv olunub. CHP rəsmiləri bazar günü İmamoğlunun yeganə namizəd olduğu prezidentlik ön seçkisinin bütün üzvlərin iştirakı ilə baş tutacağını bildiriblər.

İmamoğlu səhər saatlarında X sosial platformasında yayımladığı videoda evinin qarşısında yüzlərlə polisin olduğunu qeyd edib. “Biz geri çəkilməyəcəyik, mübarizəmizi davam etdirəcəyik”, – deyə o bildirib.

Bələdiyyə sədrinin Vətən Caddəsində yerləşən İstanbul Polis İdarəsinə aparıldığı bildirilib.

Hadisə Türkiyə siyasətində böyük rezonansa səbəb olub. Müxalifət hökuməti siyasi rəqiblərə qarşı təzyiq göstərməkdə ittiham edir. Hazırda İmamoğlunun taleyi və istintaqın gedişatı diqqətlə izlənilir.

Modern.az-a açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədrinin müavini İlhan Üzgel İmamoğlu ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən irəli sürülən iddiaları qəbul etmədiklərini, ittihamların uydurma olduğunu deyib:

"Ekrem İmamoğlunun terrorla, rüşvətlə və korrupsiya ilə əlaqəsi yoxdur. Əsas məqsəd İmamoğlunun namizəd olmasının qarşısını almaqdır. Təbii ki, uydurma ittihamlar irəli sürməlidirlər".

İ.Üzgel onu da bildirib ki, bu gün CHP İdarə Heyəti toplanacaq: "Sədrimiz İstanbuldadır. Partiyanın İdarə Heyəti bu gün toplaşıb lazımi qərarları alacaq".

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR