İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR və ExxonMobil əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Amerikanın ExxonMobil şirkəti əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və ExxonMobil şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Sənəd Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşündə imzalanıb.

Bildirlir ki, sənədi imzaladıqdan sonra Əliyev Vitkoff ilə görüşüb.

Sənədlə bağlı əlavə təfərrüatlar verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR