Onlayn ictimai-siyasi qəzet
İsrailin Azərbaycanda geniş iştirakı və nüfuzu İran üçün ciddi təhlükəsizlik təhdididir.
Musavat.com xəbər verir ki, bunu İranın Ali Dini Rəhbərinin nümayəndəsi Əbdülrəhim Sarai deyib.
Tasnim Agentliyinin yaydığı məlumatdan aydın olur ki, Saraini narahat edən Azərbaycanın Qarabağda inşa etdiyi hava limanına İsraildən uçuşların həyata keçirməsidir. Onun fikrimcə, bu, İsrailin Azərbaycan üzərində tam hökmranlığını göstərirmiş: "Sionist rejimin Azərbaycanda mövcudluğu regionda qeyri-sabitliyi artırıb və qonşu ölkələr üçün ciddi təhlükə yaradır”.
İranın Ali Rəhbərinin nümayəndəsi rəsmiləri və ictimaiyyəti bu məsələyə daha çox diqqət yetirməyə çağırıb: "İran öz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumağa həmişə xüsusi önəm verib və istənilən dağıdıcı hərəkətlərə qarşı çıxacaq”.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ