Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə nəzərdə tutulan görüşə dair yayılan məlumatlara aydınlıq gətirib.
O, Ağ Evdə keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb və Putinlə görüş üçün Zelenski ilə öncədən görüşməyi şərt qoymadığını bəyan edib.
“Yox, bu doğru deyil,” – deyə Tramp jurnalistin “Siz Putinlə yalnız o, Zelenski ilə görüşdükdən sonra görüşəcəyinizi demisinizmi?” sualına cavab verib.
Bununla da ABŞ lideri, əvvəlki bəzi şərhlərin yanlış təfsir edildiyini göstərərək, Putinlə görüş üçün konkret ön şərt irəli sürmədiyini açıq şəkildə ifadə edib.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ