Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin cənubi afrikalı həmkarı Siril Ramafosa ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşün nəticələri barədə həmsöhbətinə məlumat verib.
Putinlə Ramafosa iki ölkə arasındakı əməkdaşlığın gələcək inkişafını da müzakirə ediblər.
Ramafosa isə, öz növbəsində, onu məlumatlandırdığı üçün Putinə təşəkkür edib.
Xatırlaaq ki, Vladimir Putin ötən gün ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüş barədə danışarkən deyib ki, yaxın günlərdə iki ölkə liderlərinin görüşünün keçirilməsi razılaşdırılıb.
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ