İnsanlara hürriyət, millətlərə istiqlal!

“Volkswagen” “Touareg”dən imtina edir

"Volkswagen" (VW) 2026-cı ildə özünün prestijli "Touareg" modelinin istehsalını dayandırmağı planlaşdırır.

Musavat.com lent.az-a istinadən bildirir ki, bu barədə avqustun 7-də Britaniyanın "Autocar" jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.

Touareg-dən imtina "VW" konserninin premium seqmentdən ayrılmasını və prioritetlərin dəyişməsini göstərir.

Yolsuzluq avtomobilinə alternativ olaraq, alman avtomobil istehsalçısı daha sərfəli Tayron krossoverini təklif edəcək ki, bu da mahiyyətcə uzadılmış Tiguandır.

2002-ci ildə təqdim edilən "VW" "Touareg" orijinal "Porsche Cayenne" ilə paralel olaraq hazırlanmış və eyni platformadan istifadə edilmişdir.

"Touareg" ilə yanaşı, "VW" konserni elektrik ID 5 modelini də öz istehsaldan çıxarmaq qərarına gəlib. Bu model 2021-ci ildə ID 4 modelinin daha idman analoqu kimi təqdim edilib, lakin populyarlaşmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR