Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl partiyasının aprelin 6-da fövqəladə qurultaya gedəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə siyasətçi mətbuata verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, qurultayda CHP-nin nümayəndələri partiyanın gələcək strategiyasını və istiqamətini müəyyən edəcək mühüm qərarlar qəbul edəcəklər.
“Aprelin 6-da keçiriləcək fövqəladə qurultayda CHP nümayəndələri yalnız partiyanın deyil, həm də Türkiyənin demokratik dəyərlərinin qorunması naminə öz iradələrini ortaya qoyacaqlar. Atatürkün qurduğu bu şanlı partiyaya hər hansı bir şəkildə qəyyum təyin etməyə cəhd göstərənlərə qarşı qətiyyətimizi nümayiş etdirəcəyik”, – deyə Özgür Özəl vurğulayıb.
O, həmçinin əlavə edib ki, bu qurultay CHP-nin birliyini və gücünü bir daha sübut edəcək, partiyanın gələcək hədəfləri və strategiyası geniş müzakirəyə çıxarılacaq.
Ö.Özəl vurğulayıb ki, partiya demokratiya, azadlıq və sosial ədalət prinsiplərini qoruyaraq yoluna davam edəcək.
Musavat.com
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ