İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyms Kleverli: “BMT Təhlükəsizlik Şurasının tərkibi iki dəfə artırılmalıdır”

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli BMT Təhlükəsizlik Şurasının tərkibini iki dəfə artırmağa və Rusiyanın mövcud təsirini neytrallaşdırmağa çağırıb.

Bu barədə “Report” “The Guardian”a istinadən xəbər verir.

O, qlobal cənub liderlərini diqqətlə dinlədiyini, varlı ölkələrin güc topladığını və öz məsuliyyətlərinə etinasız yanaşdığını söyləyib:

“Çoxtərəfli sistemdə ən yoxsul və ən həssas ölkələrin səsi eşidilməlidir. Kasıbların səsi həmişə eşidilmir. Hətta bilavasitə onlarla bağlı məsələlərdə belə”.

Ceyms Kleverli qeyd edib ki, o, Afrikanın G20-də daimi nümayəndəliyini görmək istəyir və Təhlükəsizlik Şurasına üzvlüyün Hindistan, Braziliya, Almaniya, Yaponiya və Afrika ölkələrinə qədər genişləndirilməsinin tərəfdarıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR