İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Məmmədov: “İran şəbəkəsini zərərsizləşdirmək lazımdır”

Deputat Ceyhun Məmmədov parlamentdəki çıxışında bildirdi ki, İranın xəbər agentlikləri, televiziya kanalları, xüsusilə səhər kanalı Azərbaycana və Azərbaycan Prezidentinin ünvanına hədyanlar yağdırmağa davam edir.

“Eləcə də Azərbaycanın bir sıra bölgələrində İran radioları Azərbaycanın efir məkanına müdaxilələr edirlər. Burada söhbət təkcə sərhəd bölgələrindən getmir. Eyni zamanda son vaxtlar İranın sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif xalqların adından istifadə edərək Azərbaycanda gərginlik yaratmaq cəhdləri açıq müşahidə olunur. Bu məqsədlə həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır”-deputat bildirdi.

C.Məmmədov qeyd etdi ki, bu baxımdan “Səhər” kanalının peyk vasitəsilə yayımının, eləcə də İran radiolarının ölkəmizin efir məkanına müdaxiləsinin qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir: “Uzun illərdir bu barədə müzakirələr getsə də, hələlik konkret nəticə yoxdur. Bununla yanaşı, hesab edirəm İranın Azərbaycanda uzun illər ərzində formalaşdırdığı şəbəkənin və həmin şəbəkənin bütün üzvlərinin zərərsizləşdirilməsi istiqamətində də ciddi addımlar atılmalıdır. Eyni zamanda İranda yaşayan soydaşlarımıza ünvanlanmış verilişlərin hazırlanması və ya televiziya radio kanalının açılması məsələsi xüsusi diqqətdə saxlanılmalıdır. Eyni zamanda hesab edirəm Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşası məqsədilə müxtəlif dillərdə o cümlədən ərəb və fars dillərində verilişlərin yayımlanması istiqamıtində də ciddi düşünməliyik. Bu gün dünyanın əksər ölkələri bunu edirlər”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR