Onlayn ictimai-siyasi qəzet
Ceyhun Bayramov Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini) Marek Pravda ilə görüşüb.
Musavat.com xəbər verir ki, görüşdə Azərbaycan və Polşa arasında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov iki ölkə arasında tərəfdaşlıq münasibətlərin, xüsusilə iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, təhsil, humanitar sahələr üzrə əməkdaşlığın inkişafında bu kimi səfərlərin, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin vacib rolu olduğunu vurğulayıb.
Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə sahəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında normalaşma prosesindən bəhs edərək, bölgədə sülh quruculuğu üçün münbit şəraitin mövcud olduğunu diqqətə çatdırıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ