İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: "Bu, tarixi hadisədir"

"Bu il ilk dəfə Şuşa şəhərində BMT bayrağı dalğalandırılıb".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, bu il Azərbaycanın BMT-yə üzvlüyə qəbulunun 30 ili tamam oldu.

O bildirib ki, bu il ilk dəfə Şuşa şəhərində BMT bayrağı dalğalandırılıb: "Hesab edirəm ki, bu, tarixi hadisədir".

Nazir bildirib ki, Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik və sosial inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR