Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Almaniya ilə münasibətlərin inkişaf etməsinə böyük önəm verir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Almaniyaya bu il iki dəfə səfər edib: “Bir sıra digər həmkarlarla qarşılıqlı səfərlər və görüşlər keçirilib”.
Nazir bildirib ki, Azərbaycanda 200-dən artıq alman şirkəti fəaliyyət göstərir.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ