İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya ötən il ukraynalı qaçqınlara 590 milyon avro yardım edib

2022-ci ildə Çexiya ukraynalı qaçqınların ölkədə qalmasını təmin etmək üçün 14 milyard kron (təxminən 590 milyon avro) ayırıb.

“Report” xəbər verir ki, bu barədə “CTK” agentliyi ölkənin xarici işlər naziri Yan Lipavskiyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukraynadakı hərbi münaqişənin qurbanları ilə bağlı əlavə 27 humanitar layihənin həyata keçirilməsi üçün Çexiya Xarici İşlər Nazirliyinin xətti ilə 193 milyon kron (təxminən 8,2 milyon avro- Qeyd) ayrılıb.

Vurğulanıb ki, Çexiyanın humanitar təşkilatları da münaqişədən zərər çəkənlərə fəal şəkildə yardım edir. Belə ki, Çexiyada, digər məsələlərlə yanaşı, Ukraynaya üç illik hökumət yardım proqramı mövcuddur ki, ona əsasən, Kiyevə 2023-cü ildən 2025-ci ilə qədər hər il 500 milyon kron (təxminən 21,5 milyon avro - Qeyd) həcmində yardım göstəriləcək.

Ümumilikdə, 2022-ci ildə Çexiya Aİ üzvü olmayan üçüncü ölkələrə inkişaf yardımı olaraq 20,86 milyard kron (təxminən 878 milyon avro - Qeyd) göndərib. 2021-ci illə müqayisədə bu dəstək 12 milyard kron (təxminən 505 milyon avro - Qeyd) artıb. Bu, Ukrayna hadisələri ilə bağlıdır.

Praqanın dəstəklədiyi ölkələr arasında Bosniya və Herseqovina, Efiopiya, Gürcüstan, Kamboca, Moldova və Zimbabve də var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR