İnsanlara hürriyət, millətlərə istiqlal!

Cevdet Yılmaz Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb. O, həmçinin "Əbədi məşəl" abidəsi ününə əklil qoyub.

Cevdet Yılmaz "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb. (Report)

*** 

Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR