Onlayn ictimai-siyasi qəzet
ATV televiziyasında yayımlanan ”Rəngarəng səhər” proqramında qonaq olan müğənni Nazənin, saatının qiymətinin 52.000 dollar olduğunu deyən Təranə Qumralı yalançılıqda ittiham edib.
Musavat.com AZXEBER.COM-a istinadla xəbər verir ki, Təranə Qumral "Tarixin bir günü” verilişində bir neçə gün öncə ona söz atan Nazəninə cavab verib.
Həyat yoldaşı Musa Musayevin sağlamlığına qovuşmasından sonra ilk dəfə birlikdə efirə gələn cütlük haqqlarında deyilən sözləri önəmsəmədiyini bildiriblər. Daha sonra Təranə Qumral sözlərinə davam edib:
"Bu gün Azərbaycanda neçə manatlıq maşın almaq istəsən, kreditlə də olsa onu alıb sürə bilərsən. Ay səviyyədən aşağı, çox aşağı, İlhamə Quliyeva demiş, ay topuqdan belə aşağı olan insan. Sən get hələ bir özünə aynada bax, gör nə gündəsən. Sən mənim gözəlliyimə bax, özünə də bax. Gözəlliyimi qoyub saatımdan danışmaq sənə düşməz. Siz bilirsiniz mən kimdən danışıram. Əsas odur ki, mən geyimim ilə gözəl görsənirəm. Özümə baxıram. Ağzımı, gözümü sənin kimi dartdırmamışam. Get çəp gözlərinlə mənə yaxşı bax, sonra danış”.
Xatırladaq ki, Nazənin Təranə Qumrala məsləhət verərək " O qiymətə saatı varsa, satsın özünə maşın alsın” ifadələrini işlətdib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ