Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin sonunda Gürcüstanın dövlət borcu ölkə ÜDM-nin 39,2 faizini təşkil edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Forbes Georgia yayıb.
Məlumata görə, Gürcüstanla qonşu olan ölkələr arasında ən böyük dövlət borcu Ermənistanındır - ÜDM-in 50,5 faizi. Sonrakı yerdə ÜDM-in 28,9 faizi ilə Türkiyə gəlir. Rusiyanın dövlət borcu ÜDM-in 19,7 faizini, Azərbaycanın dövlət borcu isə ÜDM-in 18,4 faizini təşkil edir.
Dünya miqyasında baxdıqda, Bruney ÜDM-in 2,3 faizi həcmində dövlət borcu ilə dünyada ən aşağı borca sahibdir. Daha sonra ÜDM-in 3,2 faizi qədər borcu olan Küveyt və ÜDM-in 4,7 faizi həcmində borcu olan Türkmənistan gəlir.
Nominal ifadədə ən böyük həcmdə dövlət borcuna ABŞ sahibdir – 33 trilyon dollar.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ