Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreyanın Nəqliyyat Nazirliyi bildirib ki, ölkə tarixində ən ağır aviasiya qəzasına uğrayan Jeju Air təyyarəsinin qara qutusundakı yazılar faciədən təxminən dörd dəqiqə əvvəl dayanıb.
Musavat.com bildirir ki, bu barədə Reuters məlumat yayıb. Məlumatların yoxluğu müəyyən edildikdən sonra qara qutu Cənubi Koreyada ilkin analiz edilsə də, dəqiqləşdirmələr üçün ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şurasının laboratoriyasına göndərilib. Nazirlik bəyan edib ki, araşdırma zamanı digər mövcud məlumatlardan da istifadə ediləcək və prosesin şəffaflığı təmin olunacaq. Aviasiya hadisələrinin araşdırılması üzrə keçmiş müstəntiq Sim Cae-don bu vəziyyəti “gözlənilməz” adlandırıb və ehtimal edir ki, təyyarənin əsas və ehtiyat elektrik təchizatı birdən-birə kəsilib. Onun sözlərinə görə, bu, çox nadir hallarda baş verir. Qurbanların ailə üzvləri araşdırmanın Cənubi Koreyanın Nəqliyyat Nazirliyi tərəfindən aparılmasına etiraz ediblər. Onlar prosesə müstəqil ekspertlərin, o cümlədən ailələrin tövsiyə etdiyi mütəxəssislərin cəlb edilməsini tələb edirlər. Faciənin dəqiq səbəblərinin aydınlaşdırılması üçün qlobal səviyyədə araşdırmalar davam edir.
Musavat.com
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ