Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreyanın hakim partiyasının millət vəkilləri prezident Yun Sok Yola qarşı impiçment təklifinin səsverməsini boykot edirlər.
Musavat.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, iclas zalında yalnız "Vətəndaş gücü" partiyasının nümayəndəsi qalıb, halbuki impiçmentin qəbul edilməsi üçün hakim partiyadan ən azı 8 deputatın dəstəyinə ehtiyac var.
Prezident televiziyadakı müraciətində hərbi vəziyyətin tətbiqi üçün üzr istəyib və bu cür cəhdləri təkrarlamamağa söz verib.
Səsvermə zamanı Seulda böyük bir mitinq keçirilir.
"Donga" agentliyinin verdiyi məlumata görə, mitinq iştirakçıları Milli Assambleya binası qarşısında impiçment qanun layihəsinin qəbul edilməsini tələb edərək şüarlar səsləndiriblər.
Afaq,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ