İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya prezidenti KXDR-in raketinə görə müdafiəni gücləndirir

Cənubi Koreya prezidenti Mun Çje İn KXDR tərəfindən qitələrarası ballistik raketin buraxılmasından sonra ölkəsini daha güclü şəkildə müdafiə etməyə çağırıb. O Koreya yarımadasında gərginliyin artmasını buna səbəb göstərib.

AzVision.az xəbər verir ki, bu barədə Koreya Respublikasının prezident administrasiyası məlumat yayıb.

"Mən sizdən müdafiə imkanlarınızı cəmləşdirmənizi, ən kiçik "çatların" (müdafiədə - red.) belə qarşısını almaq üçün hər şeyi etməyinizi xahiş edirəm. Xüsusən də indi, administrasiyanın dəyişməsi və Şimali Koreyanın vəziyyəti daha da ağırlaşdıran hərəkətləri səbəbindən müdafiədə boşluqlar yarana biləcəyi bir vaxtda", - prezident 75 briqada generalına qılıncların təqdim edilməsi mərasimində deyib.

Xatırladaq ki, martın 24-də Şimali Koreya Yaponiya dənizinə doğru yeni qitələrarası ballistik raketi (Hwaseong-17-red.) buraxdı və bununla da Pxenyanın 2017-ci ildən riayət etdiyi könüllü moratoriumunu pozdu. Müxtəlif mənbələrə görə, Şimali Koreya tezliklə nüvə sınağı keçirə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR