Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreya prezidenti Yun Sok-yol həbsdən azad edilib. O, 2024-cü ilin dekabrında hərbi vəziyyət tətbiq etməyə cəhd etdiyi üçün həbs edilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məhkəmə müdafiə tərəfinin tələbi ilə həbsi ləğv edib.
Yun Sok-yol 2024-cü ilin dekabrında qısa müddətə hərbi vəziyyət elan etdikdən sonra 15 yanvar 2025-ci ildə nəzarətə alınmışdı. Onun bu qərarı impiçmentə səbəb olub və onu ölkənin həbsə alınan ilk prezidentinə çevrirdi. Fevralın sonunda Seulda Yun Sok-yolun qiyam təşkil etməkdə ittiham olunduğu məhkəmə prosesi başlayıb.
Musavat.com
29 Aprel 2025
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ