İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Kipr savaşa görə 600 milyon avrodan olub

Cənubi Kipr hökuməti adada rusiyalı turistlərin olmaması səbəbindən 600 milyon avrodan çox itirəcəyini bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli "Espresso" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiya ilə hava əlaqəsi dayandırılana qədər rus turistlər adada ingilislərdən sonra ikinci yerdə gəlirdilər. İndi Kiprə əsasən ukraynalı qaçqınlar, eləcə də bu ölkədə yerləşən Rusiya şirkətlərinin işçiləri üz tuturlar.

Kiprin ikinci ən böyük şəhəri olan Limassolun Hotelçilər İttifaqının prezidenti Haris Teokarus vəziyyətdən şikayətlənib. Onun sözlərinə görə, adaya girişə icazə verilmədiyi üçün turistlər qonşu Türkiyəyə üz tutublar.

"Biz Ukrayna ilə həmrəyik, lakin kiçik adamız digər Avropa ölkələri ilə müqayisədə savaşda qeyri-mütənasib qiymət ödəyir" - deyə o söyləyib.

Qəzetin yazdığına görə, hərbi əməliyyatlar başlayandan bu yana adaya 20 mindən çox ukraynalı qaçqın gəlib.

BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəyə başlamasından sonra təxminən 9 milyon insan Ukraynanı tərk edib. Bu, ölkə əhalisinin beşdə birindən çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR