İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Afrika Respublikasının səfiri ABŞ-dan QOVULDU

ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrika Respublikasının səfiri İbrahim Rəsulu persona non-qrata elan edib.

Musavat.com xəbər verir ki, Rubio məlumatı "X" hesabından yayıb:

"Biz Cənubi Afrikanın səfirini böyük ölkəmizdə görmək istəmirik. İbrahim Rəsul Amerikaya və onun prezidentinə nifrət edən irqçi siyasətçidir. Bizim onunla müzakirə edəcək heç bir mövzumuz yoxdur və indi o, persona non-qrata elan edilib".

Dövlət katibi postunu Cənubi Afrika diplomatının Amerika liderini tənqid edən müsahibəsinin yerləşdirildiyi Breitbart portalına keçidlə müşayiət edib.

İbrahim Rəsul müsahibəsində Donald Trampın “ağların üstünlüyü” ideologiyasına əsaslandığını, “hazırkı dünya nizamına hörmətsizlik" etdiyini, BMT və G20 daxil olmaqla, beynəlxalq qurumlara məhəl qoymadığını deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR