İnsanlara hürriyət, millətlərə istiqlal!

Çeçen “Allahu əkbər” sədaları ilə məktəbə hücum etdi - Ölən var

Fransada Rusiya vətəndaşı olan çeçen məktəbə hücum edib.

Sfera.az bildirir ki, hücum nəticəsində ədəbiyyat müəllimi həlak olub, bədən tərbiyəsi müəllimi və mühafizəçi isə bıçaqlanıb. Məktəblilər arasında xəsarət alan olmayıb.

20 yaşlı gənc məktəbə “Allahu əkbər” qışqıraraq hücum edib.

Hadisə bu gün Bakı vaxtı ilə 12 radələrində Fransanın Arras şəhərindəki Qambetta liseyində baş verib.

Fransa telekanalları, cinayətin ehtimal olunan səbəbkarının Rusiya əsilli 20 yaşlı çeçen olduğunu bildirir.

BFM-TV-nin məlumatına görə, şübhəli şəxs məktəbin keçmiş şagirdi olub. Terrorçu saxlanılıb. Polisin bildirdiyinə görə, hücum edən şəxsin milli hüquq-mühafizə orqanları tərəfindən də müşahidə altında olduğu bilinir.

Bundan əlavə, hücum edən şəxsin kiçik qardaşı başqa bir məktəbin yaxınlığında saxlanılıb.

Fransa prezidenti Emmanuel Makron cümə günü məktəbə baş çəkəcək.

Fransa Milli Assambleyası qurbanlarla həmrəylik əlaməti olaraq iclasını dayandırıb.

Milli Terrorla Mübarizə Prokurorluğu "terror təşkilatı ilə əlaqəli adam öldürmə", "terror təşkilatı ilə əlaqəli adam öldürməyə cəhd" və "xalqa qarşı cinayət hazırlamaq məqsədilə terrorçu cinayətkarlarla birləşmə" maddələri ilə istintaq açıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR