İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbrayılda şirkət əməkdaşı minaya düşüb, üç barmağı amputasiya edilib - YENİLƏNİB

 

Bu gün  Cəbrayıl rayonunun Mehdili kəndində mina partlayışı baş verib. 

Müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət piyada əleyhinə minaya düşüb. Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb. 

Araşdırmalar davam etdirilir.

***

Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR