İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğludan Suriya və Ukrayna ilə bağlı mühüm MESAJLAR

Xarici işlər naziri Mövlud Çavuşoğlu Romada keçirilən MED Aralıq dənizi Dialoq Forumunun “Xüsusi Dialoq” sessiyasında çıxış edib.

Musavat.com xəbər verir ki, Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm mesajlar verib. Çavuşoğlu deyib: "Düşünürəm ki, yaza qədər danışıqlar masası ilə bağlı daha aydın mənzərə əldə edəcəyik. Vaz keçməyəcəyik, səylərimizi davam etdirəcəyik".
Suriya ilə bağlı da danışan nazir Çavuşoğlu, "Suriya rejimi ilə konstruktiv dialoq qurmalıyıq. Bu, suriyalı qaçqınların geri qayıtması üçün vacibdir",-deyə bildirib.

Çavuşoğlu Suriyanın şimalında mümkün əməliyyata toxunaraq deyib ki, DAEŞ-i təmizlədiyimiz kimi bu təşkilatları təmizləmək üçün əməliyyatımızı davam etdirməliyik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR