İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu: “Türkiyədəki zəlzələ yüz il ərzində Avropada baş vermiş ən böyük fəlakət idi”

“Fevralın 6-da baş vermiş zəlzələ yüz il ərzində Avropada baş vermiş ən böyük fəlakət idi”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Avropa İttifaqının səfirlərinə müraciəti zamanı deyib.

Onun sözlərinə görə, baş vermiş fəlakətlə əlaqədər beynəlxalq ictimaiyyətin ciddi dəstəyi hiss olundu: "Bu bizə güc, stimul verdi. Bütün bəşəriyyət yanımızda oldu. Əlbəttə, bu həm də türk xalqına olan sevgi ilə bağlıdır".

Nazir həmçinin bir çox rəsmi şəxslərin zəlzələ ilə bağlı Türkiyəyə səfər etdiklərini də xatırladıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR