Onlayn ictimai-siyasi qəzet
“İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi gündəmə gələndən bəri demişdik ki, onlardan ikincisi ilə problemlərimiz daha azdır”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı Joao Qomes Kravinyo ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Finlandiya üçtərəfli Madrid razılaşmasından sonra müsbət addımlar atıb: “Halbuki İsveç kimi, Finlandiyanın da Alyansa üzvlüyünü istəməyənlər var”.
M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə NATO-nun genişlənməsinin əleyhinə deyil: “Biz bu dövlətlərin təhlükəsizlik qayğılarını anlayırıq. Amma İsveçdə bu dövlətin Alyansa üzvlüyünü istəməyənlər var. Ona görə də proses inkişaf etmir".
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ