İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu: "İsveç və Finlandiya terrorçuları Türkiyəyə təhvil verməyiblər"

Terror hamımızın bəlasıdır. Ona görə də bu mübarizədə heç kəs kənara çəkilə bilməz. Təəssüf ki, İsveç və Finlandiya bu məsələdə üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməyiblər. Bu ölkələrdəki terrorçular hələ də Türkiyəyə təhvil verilməyib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 27-də “TV 100” telekanalının canlı yayımında ifadə edib.

Nazir diqqətə çatdırıb ki, İsveç və Finlandiya terrorçularla bağlı götürdükləri öhdəliyi yerinə yetirmək məcburiyyətindədirlər. Çünki onların NATO-ya üzvlüyünə dair müraciətin Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməsi lazımdır.

Qeyd edək ki, NATO-ya yeni üzvlüklə bağlı yeddi adımdan ibarət prosedurun 4-cü bəndinə uyğun olaraq, Türkiyə Böyük Millət Məclisi İsveç və Finlandiyanın müraciətlərinə müsbət qərar qəbul etməlidir. Əks halda, bu müraciətlə başlanan proses dondurulmuş hesab olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR