İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu ELAN ETDİ: Türkiyə Yunanıstanla yeni səhifə açır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrailin xarici işlər naziri Eli Koen ilə birgə mətbuat konfransı keçirib.

Musavat.com xəbər verir ki, Çavuşoğlu ilk dəfə bir araya gəldiklərini açıqlayıb.

"Münasibətlərimiz yeni dövrə qədəm qoyub. Yüksək səviyyədə səy göstərilib. Məsləhətləşmələrimiz ümumi maraqlar və qarşılıqlı hörmət əsasında davam edəcək” - Türkiyənin XİN başçısı deyib.

Çavuşoğlu vurğulayıb ki, Fələstin məsələsində artan gərginliyin azaldılması ilə bağlı gözləntilər var: "İki dövlətli həll səylərinə zərər verəcək vəziyyətlərdən qaçmaq istəyirik".

Türkiyəli nazir bildirib ki, Ramazan ayında gərginlik artmamalıdır: "Məscidül-Əqsanın statusunun qorunub saxlanması vacibdir. Bu, bütün dünya və İsrailin özü üçün həssas məsələdir".

Çavuşoğlu zəlzələ zamanı həmrəyliyə münasibət bildirib, təbii fəlakətin Yunanıstanla yeni bir səhifə açdığını vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR