İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavanşir Quliyevin vəfat etməsi xəbəri yalandır, bu gün əməliyyat olunacaq

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.

Daha sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan isə APA-ya bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR