İnsanlara hürriyət, millətlərə istiqlal!

Casusluqda ittiham olunan jurnalist Gerşkoviçə 18 il həbs cəzası istənilib

Rusiyada ittiham tərəf amerikalı jurnalist Evan Qerşkoviçə 18 il həbs cəzası istəyib.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Jurnalist casusluqda təhqiq edilir.

İyulun 18-də məhkəmə Qerşkoviçin casusluq işi üzrə istintaqı yekunlaşdırıb və ertəsi gün tərəflər üçün dinləmə təyin edib.

Böyük Britaniyanın Yekaterinburqdakı baş konsulu Amir Koteçanın məhkəməyə gəldiyi, lakin onun məhkəmə zalına buraxılmadığı qeyd edilib.

“The Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviç 2023-cü il martın 30-da Yekaterinburqda saxlanılıb. Ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi ("Casusluq") ilə cinayət işi açılıb. Bu ittiham üzrə maksimum cəza 20 ilə qədər həbsdir.

Bundan əvvəl ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyi bəyan edib ki, “The Wall Street Journal” qəzetinin jurnalisti Qerşkoviç heç bir qanunsuz əməl törətməyib və həbs edilməməli idi, Rusiya Gerşkoviç və ya Pol Uilan kimi şəxslərdən sövdələşmə obyekti kimi istifadə etməyi dayandırmalı, onlar dərhal azadlığa buraxılmalıdır.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Gerşkoviçin mübadiləsi üçün hər hansı siqnalın olub-olmadığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR