İnsanlara hürriyət, millətlərə istiqlal!

“Casus jurnalist” Rasmus Kanbek “üçlü agent” rolunu icra edib

“Blankspot” redaksiyasının  əmkdaşı, bəzən də frilanser kimi təqdim edilən İsveçli jurnalist  Rasmus Kanbekin adı Azərbaycanda 2020-ci ildən etibarən tanınıb. 2021-ci ildə “Dağlıq Qarabağda müharibədən sonra su qıtlığı” adlı məqalə yazıb. Azərbaycan hökumətini “bölgədə qəsdli şəkildə su qıtlığı yaratmaqda, Qarabağın erməni əhalisini humanitar fəlakətə sürüklməkdə” ittiham edib.

Bölgədə su ehtiyatlarının necə bölüşdürüldüyünü, problemlərin kim tərəfindən yaradıldığını  hər kəs yaxşı bildiyi üçün İsveçli jurnalistin məqaləsi şübhə ilə qarşılanıb. Bu baxımdan Kanbekin fəaliyyəti diqqət çəkib. Faktları manipulyasiya etməsinin, yalançı ittihamları Azərbaycan əleyhinə yönəltməsinin səbəbləriaraşdırılıb (  https://azertag.az/xeber/1885447  ). 

Aydın olub ki, Rasmus Kanbek hələ uzun illər öncə “Ermənişəbəkəsi” tərəfindən “satın alınıb”, agentə çevrilib. Bu “alqı-satqı” əməliyyatı 2017-ci ildən etibarən ErmənistanınDanimarka, İsveç və Norveçdə səfiri olmuş Aleksandr Arzumanyan vasitəsilə təşkil edilib.

Kanbekin jurnalist kimi “parlaması” və Azərbaycan əleyhinə yönəlməsi həmin dövrə təsadüf edir.

Arzumanyan səfir olmaqla yanaşı, həm də, Qərbjurnalistlərin “ələ alınınması”, xüsusilə Azərbaycana qarşı qarayaxma kampaniyalarının  təşkil edilməsi kimi bir missiya daşıyıb. Kriminal, korrupsioner keçmişi olan, 2008-ci ildə barəsində rəsmən cinayət işi açılan Arzumanyan Avropada qeyd edilən missiyanı məharətlə icra edib. Ermənistan xüsusi xidmət orqanlarının dəstəyinə söykənərək, Rasmus Kanbek simasında çoxlu sayda Qərb “jurnalistini” ram edə bilib.  

Arzumanyanla tanışlıqdan sonra Rasmus Kanbekin fəaliyyəti Ermənistanın İsveçdəki səfirliyi, həmçinin, bu ölkədə yaşayayan erməni iş adamı – “GN “GN Tobacco Sweden” şirkətinin sahibi Gevorq Nalbandyan tərəfindən maliyyələşdirilib. “Dağlıq Qarabağın içindən reportaj” adlı kitabı yüksək tirajla satılıb”, Kanbekə yüksək məbləğdə gəlir gətirib (https://qafqazinfo.az/news/detail/rasmus-kanbekin-azerbaycandaki-agentleri-446091 ). 

Öhdəliklərə uyğun olaraq, 2017 və 2019-cu illərdə  Kanbek Azərbaycanın işğal altında olan ərazilərinə, Qarabağ bölgəsinə səfərlər edib. Həmin səfərləri qanunsuz olaraq, Ermənistan ərazisindən reallaşdırıb. Müşahidə etdiyi hallar üzrə çaşdırıcı şərhlər hazırlayıb, ermənilərin xeyrinə yozum verib.

O, II Qarabağ savaşı dönəmində də münaqişə bölgəsinə məhz Ermənistan tərəfindən daxil olub. Müharibənin mahiyyəti və gedişatı barədə qondarma faktlar əsasında məqalələr yazb. Bu təşkilatların Azərbaycan əleyhinə kampaniyalar keçirməsi üçün zəmin yaradıb. Kanbek Ermənistanın  dövriyyəyə buraxdığı  yalançı tezislər əsasında Azərbaycan əleyhinə kampaniyaların təşkilində rol alıb. Məsələn,"Sərhədsiz Reportyorlar" təşkilatı2020-ci ilin noyabr ayında məlumat yaymışdı ki,  guya “80 nəfər  xarici jurnalis Xankəndi şəhərində Azərbaycan tərəfindən mühasirədə saxlanılır”. Qeyd edilirdi ki, "onların Ermənistana getmələri üçün  Azərbaycan silahlı qüvvələrinin atəşi altından keçmələri lazımdır ki, bu da  həyati  risk yaradır " (https://www.reporter-ohne-grenzen.de/pressemitteilungen/meldung/rsf-verurteilt-gewalt-gegen-journalisten-im-suedkaukasus ).

"Sərhədsiz Reportyorlar" bu mövzu üzərində geniş kampaniya qurdu.  BMT-yə, Avropa Şurasına və digər qurumlara  müraciət edərək Azərbaycanı mövcud olmayan fakta görə pislədi.  Mülki vətəndaşların evakuasiya edilməsi üçün beynəlxalq hüquqda nəzərdə tutulan məqamların həmin 80 nəfərə də  şamil edilməsini istədi.

Azərbaycanın rəsmi qurumları elə həmin dövrdə -2020-ci ilin noyabr ayında "Sərhədsiz Reportyorlar”ın açıqlamasına cavab verərək, bu iddianın bir kampaniya olduğunu, qərəzli şəkildə gündəmə gətirldiyini sübut etdilər. Xankəndindən  Ermənistana iki yol olduğu, hər iki yolun  Ermənistan silahlı qüvvələrinin nəzarəti altında saxlanıldığı sübut kimi göstərdilər.

Əslində, “Sərhədsiz Reportyorlar” həqiqəti bilirdi, amma yenə də yalan üzərində qurulmuş  kampaniyasını davam etdirirdi.Bəlli idi ki, Ermənistan tərəfi "Sərhədsiz Reportyorlar"la əməkdaşlıq şəraitində Azərbaycana qarşı yeni oyun qurublar. Müharibənin qızğın dönəmində 80 nəfər xarici jurnalistinXankəndirndə atəş altında girov saxlanılması barədə yalan xəbər yaymaqla, Azərbaycanı hədəfə çevirmək istəyirlər. Beynəlxlq ictimai rəyi Azərbaycan əleyhinə yönləndirlər. “Sərhədsiz Reportyorlar”ın “erməni şəbəkəsi” ilə iş birliyində olması başqa bir mövzudur. Bu məqalədə vurğulamaq istədiyimiz məqam odur ki, RSF-nin  “Xankəndində gorov saxlanılan 80 nəfər jurnalist” barədə qondarma bəyanat üçün istinad etdiyi mənbələrdən biri də “jurnalist”  Rasmus Kanbekolubdur. 

Yeri gəlmişkən qeyd edək ki, təkcə II Qarabağ müharibəsi deyil, ümumilikdə Yaxın Şərqdə baş verən proseslər fonunda yaşanan təcrübə göstərir ki, Avropadan münaqişə bölgələrinə gələn, burada kəşfiyyat xidməti göstərən şəxslərin bir qismi  tranzit məntəqələrində məhz “hüquq  müdafiəçisi və ya jurnalist” kimi qeydiyatdan keçirlər. Bu barədə xarici mediada kifayət qədər faktlar təsvir edilib.  Rasmus Kanbek nümunəsi bi ideyanı birdaha qüvvətləndirir.

O, hərbi əməliyyatlar başlayan andan etibarən “jurnalist” qismində  Qarabağ bölgəsində oldu, əldə etdiyi məlumatları Ermənistan tərəfinə ötürdü. Əlavə olaraq, beynəlxalq təşkilatları yanıltmaq üçün yalançı məlumatlar göndərdi. Özünü “Xankəndindən təcili şəkildə təxliyyə olunmaq istəyən 80 nəfər jurnalistdən biri” kimi təqdim etməklə, “Sərhədsiz Reportyorlar”ın qondarma kampaniyası üçün yalançı faktora çevrildi.

Rasmus Kanbekin “erməni şəbəkəsi” ilə şübhli əlaqələrə malikolması barədə Azərbaycan KİV-ləri ötən illər ərzində çoxsaylı məqalələr dərc edib. Erməni lobbisi Azərbaycana “jurnalist” adı ilə agent yollayıb” başlıqlı məqalədə “casus jurnalistin” şübhəli əlaqələrini əks etdirən arqumentlər, sənədlər detallı şəkildə əks olunub ( https://news.milli.az/politics/1073963.html ). Mövzuya indi yenidən qayıtmağımızın səbəbi isə  bir qədər fərqlidir. Məsələ ondadır ki, Kambek Azərbaycan əleyhinə fəaliyyətini müharibə bitdikdən sonra da davam etdirib.  

Xatırlayırıq ki, II Qarabağ müharibəsindən, xüsusən, 2023-cü ilin antiterror tədbirlərindən sonra  erməni lobbisinin yönləndirməsi ilə bütün Avropa boyunca  Azərbaycan səfirliklərinə  qarşı basqınlar  təşkil edildi. Səfirliklər  önündə etiraz aksiyaları  keçirildi. Belə aksiyalardan biri də  İsveçdə təşkil olundu ( https://www.youtube.com/watch?v=YofEYqviYB8 ). Rasmus Kambek İsveçdəki Azərbaycan səfiliyinin  önündə etiraz aksiyasını təşkil edənlərdən biridir.  Həmin aksiyadan şəkillər paylaşıb Azərbaycan tərəfindən təqib olunması görüntüsünü yaratmağa çalışdı və erməni lobbisi qarşısında xidmətlərini yerinə yetirdi. Onun  İseveç krallığındakı  erməni lobbisi ilə sıx əlaqəsini göstərən sosial şəbəkə paylaşımları vardır və bu əlaqələrin nəticəsidir ki, Rasmus bütün fəaliyyəti boyu Azərbaycanla yanaşı həm də  Türkiyə əleyhinə fəal çıxışlar edir (https://unt.se/ledare/ledarkronika/artikel/antligen-slipper-man-sponsra-hat-mot-armenier/jngw93nl?fbclid=IwAR2U7NNZ_0NHbS7Ma5mNBReS1rpS3HSTZAOgZvB6wXwc69fiU0LdjWrBhbs    ).  

Rasmus Kanbek jurnalist adı altında fəaliyyət göstərsə də,  jurnalistika prinsiplərini intensiv şəkildə  pozur. Hansısa güc mərkəzlərinin əlində alət olmaq, kampaniyalarda rol almaq, məlumatlandırma ilə deyil, təbliğatla məşğul olmaq həm jurnalistika prinsiplərinə, həm də qanunlara ziddir.  “Sərhədsiz Reportyorlar” isə  Rasmus Kanbekin bu qüsurlarına göz yumur, onu dəstəkləyir. Kanbekin işləri düyünə düşəndə onun üçün beynəlxalq kampaniyalar  təşkil edilir. Məsələn, Azərbycanın İsveçdəki səfiri   Rasmus Kanbekə, onun çalışdığı KİV qurumuna müraciət edərək yalançı, böhtançı yazıların dayandırılmasını, təkzib verilməsini istəyib. Bu, baş tutmayanda, ölkənin digər KİV-lərinə müraciət edib, həqiqətləri çatdırmaq istəyib. “Sərhədsiz Reportyorlar” isə Azərbaycan səfirinin bu hərəkətini Rasmusa təhdid kimi qələmə verib (https://rsf.org/fr/rsf-exige-l-arr%C3%AAt-du-harc%C3%A8lement-d-un-journaliste-su%C3%A9dois-par-l-azerba%C3%AFdjan  ).  Təkzib vermək təhdiddirmi? Dünyanın bütün ölkələrində KİV qanunlarında təkzib hüququ tanınır. “Sərhədsiz Reportyorlar” bunu niyə əksinə şərh edir? 

Rasmus Kanbek anti-Azərbaycan motivli açıqlamaları ilə təkcə “Sərhədsiz Reportyorlar”ın bəyanatlarında deyil,  OCCRP-nin (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) hesabatlarında da görünüb.  Təsadüfi deyil ki, ötən ilin avqust ayında tirajlanan, “Dağlıq Qarabağın mühasirəsi zamanı Azərbaycan Qızıl Xaç təşkilatının yardımına necə mane oldu?” başlığı ilə tanınan qondarma hesabatın hazırlanmasında  erməni lobbisi və  OCCRP ilə yanaşı, Kanbek də iştirak edib. Yəni, harada anti-Azərbaycan motivli kampaniya varsa, orada “erməni  şəbəkəsi” ilə birlikdə Rasmus Kanbek də vardır. Bu, araşdırılmış, sübuta yetirilmiş, təsdiqini tapmış faktır.

Amma bu gün araşdırırılmasına zərurət olan daha bir məqam vardır. Belə ki, 2024-cü ildə adı qalmaqallarda hallanan bir necə diplomat Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanıldı. İctimailəşdirilən istintaq materiallarından bəlli olur ki, saxlanılan diplomatlar öz fəaliyyətlərindən kənar gizli əməllərlə də məşğul olublar. Bir sıra xarici təşkilatlarla, media qurumları ilə,  jurnalistlərlə əlaqələr qurublar, Azərbaycanın maraqlarına zidd olan infotrmasiyaları  mübadilə ediblər, kampaniyalara qoşulublar. Onların Azərbaycan əleyhinə  neqativ yüklü məlumat ötürdükləri şəxslər sırasında Rasmus Kanbek də vardır.

Azərbaycan istintaq orqanları tərəfindən gündəmə gətirilən bu məlumatların Azərbaycan media qurumları ilə yanaşı,  Qərb mediası tərəfindən də araşdırmasına ehtiyac vardır. Çünki, məsələnin mahiyyətində Avropa media resurslarının, beynəlxalq təşkilatların aldadılması, yanlış məlumatlar əsasında yanlış istiqamətə yönləndirilməsi, qondarma kampaniyalara cəlb edilməsi problemi də vardır. Maraqlı deyilmi: Diplomatlar tərəfindən Rasmusa məlumatlar ötürülməsi, sıx əməkdaşlıq nəyin müqabilində olub?

Məsələ ondadır ki, Erməni kəşfiyyat xidmətlərinin perspektivli hədəf kimi diqqətlərini Kanbekə yönəltmələri də təsadüfi hal deyil. Düzdür, jurnalisti tanıyanlar deyirlər ki, o, qatı islamofobdur və Aleksandr Arzumanyanla Gevorq Nalbandyanın diqqətini çəkməsi bu amillə bağlıdır. Amma İsveçdəki məlumatlı mənbələr onu da qeyd edirlər ki, Kanbekin əməkdaşlıq etdiyi “Blankspot” redaksiyası Rusiya kəşfiyyat xidmətləri ilə sıx bağlı olub. Ən azı Ukraynaya qarşı Rusiya müharibəsi başlayana qədər bu əlaqələr davam edib. “Blankspot”un baş redaktoru Martin Şibbi əvvəllər Rusiya kəşfiyyatı ilə sıx bağlı olan İnqilabçı Kommunist Gənclər təşkilatında fəal işləyib. Paralel olaraq, Kanbek özü tez-tez qeyd edir ki, o, “postsovet məkanındakı münaqişələri daha yaxşı başa düşmək” üçün rus dilini və mədəniyyətini öyrənməyə başlayıb(Mənbə: caliber.az  https://media.az/politika/shvedskiy-rasmus-na-trope-voyny-s-azerbaydzhanom-caliber  ).

Bu məlumatlar araşdırmaq üçün yeni suallar yaradır: “Agent jurnalistin” diplomatlarla əlaqəsini kim və necə təşkil edib, hansı maraqlar güdüb?

Göründüyü kimi, Kanbek sıradan bir jurnalist deyil, Ermənistan xüsusi xidmət orqanları və erməni lobbisi tərəfindən antiAzərbaycan şəbəkədə fəaliyyətə cəlb olunmuş, haqqı ödənilən və ən çirkin işlərə cəlb olunan biridir. Kanbekin Azərbaycanla bağlı iddiaları ilə qatı erməni millətçilərinin iddiaları arasında bir fərq yoxdur, onlar sadəcə bir birini tamamlayırlar.

Müşfiq Ələsgərli

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR