Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Ukraynanın daha bir strateji şəhəri Çasov Yara daxil olub. Çasov Yarına gedən əsas yollara da nəzarət Rusiya Silahlı Qüvvələrinin atəşə nəzarəti altındadır. Ukrayna üçün şəhərin əhəmiyyəti həqiqətən də böyükdür. Casov Yar yüksəklikdə yerləşir və bu, bir çox mühüm yollara nəzarət imkanı verir. Rusiya uzun müddətdir ki, Çasov Yarın tutmağa cəhd edirdi. İndi Ukrayna Silahlı Qüvvələri min kilometrlik cəbhə xəttində bölmələrinin dislokasiyasını etməkdə çətinlik çəkir. Uqledarın itirilməsindən sonra isə bu çətinliklər daha da artıb.
Ümumilikdə, Rusiya ordusu indi beş strateji istiqamətdə irəliləyir:
Çasov Yar,
Toretsk,
Kuraxovo,
Selidovo,
Pokrovsk.
Rusiya ordusu son bir həftə ərzində Mixaylovka, Krasnıy Yar və Maksimilyanovka qəsəbələrui ələ keçirib. Rusiya mənbələri 11 min əhalisi olan Ukrainski şəhərinin də nəzarətə aldığı xəbərini yayıb. Rusiyanın Odessa vilayətinin liman infrastrukturuna hücumları da müntəzəm hal alıb. Bu dəniz limanı uzun müddətdir ki, Ukrayna Silahlı Qüvvələrinin silah təchizatı üçün ən vacib məntəqələrdən birinə çevrilib. Rusiya hərbçiləri son olaraq Odessa və İliçevsk (Çernomorsk) limanlarına raket zərbələri endirib. Hücum limana gələn gəmilərin boşaldılması zamanı baş verib.
Ukraynaya göndərilən silahların neçə faizinin dəniz kanallarından keçməsi barədə dəqiq məlumat yoxdur. Bununla belə, Odessa vilayətinin Ukrayna Silahlı Qüvvələrinin hərbi ehtiyaclarını ödəmək üçün əsas mərkəz olduğu deyilir. Rusiya tərəfi iddia edir ki, Odessa vilayətinin limanlarına hücumlar Ukraynaya silah tədarükü axınının azalmasına səbəb olub.
Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş Komandanı, hazırda isə Ukraynanın Londondakı səfiri vəzifəsini daşıyan Valeri Zalujnı Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında deyib. Onun sözlərinə görə, ötən il Qərb Ukraynanı kifayət qədər silahla təmin etməyib və bu, 2023-cü ilin yayında Ukraynanın əks-hücumunda “əhəmiyyətli uğur” əldə etməyə imkan verməyib: “Nəticədə biz uzun sürən müharibə vəziyyətinə düşdük. Mənim şəxsi fikrimcə, bu uzun sürən müharibədən çıxış yolu... demək olar ki, mümkünsüz görünür”.
O qeyd edib ki, müharibə indi Rusiyaya hərbi gücünü bərpa etməyə imkan verəcək “statik və yorucu döyüşlər” mərhələsinə keçir.
Zalujnı gələcəkdə hətta ukraynalı qadınların səfərbər olmasını da istisna etməyib: “Əgər Avropanı müharibədən xilas etmək üçün qadınları hərbi xidmətə çağırmaq zərurəti yaranarsa, o zaman biz bunu edəcəyik. Amma mənim şəxsi fikrimcə, Avropada müharibənin qarşısını başqa yollarla almaq lazımdır, ukraynalı qadınları hərbi xidmətə çağırmaqla yox".
Musavat.com
08 Noyabr 2024
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ