İnsanlara hürriyət, millətlərə istiqlal!

Canlı yayımda anasını öldürdüyünü etiraf etdi - VİDEO

İtaliyada 50 yaşlı Lorenzo Karbon Pomeriqqio telekanala canlı yayım zamanı müsahibə verərkən gözlənilmədən yaşlı anasını öldürdüyünü açıqlayıb.

Musavat.com lent.az-a istinadən bildirir ki, o, jurnalistə anasını boğduğunu etiraf edib. Onun sözlərinə görə, bəzən anası eyni sözləri təkrarlamaqla onu qıcıqlandırıb.

Pomeriqqionun demensiyadan əziyyət çəkən 80 yaşlı anası Loretta Levrini ötən həftə sonu qızı tərəfindən ölü tapılıb.

Etirafı eşidən kimi polisə müraciət edilib. Bu etiraf daha sonra "eksklüziv" xəbər kimi yayımlanıb.

Eyni zamanda, "TG La7" televiziya kanalının direktor müavini Qaya Tortora bu barədə polisə məlumat verilməsini tənqid edərək, belə hərəkətlərin etik standartlara zidd olduğunu və jurnalistikaya ləkə olduğunu bildirib. Lakin proqramın aparıcısı Mirta Merlino efir hüququnu müdafiə edərək, düşünməyə vaxtının az olduğunu və yalnız istintaqa müdaxilə etməməkdən narahat olduğunu deyib. O qeyd edib ki, yayıma polis icazə verib.

Etirafından sonra Karbon saxlanılaraq nəzarətə götürülüb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR