Onlayn ictimai-siyasi qəzet
Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan erməni cani Vaqif Xaçaturyan ailə üzvlərinə məktub göndərib.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Xaçaturyanın qızı Tsovinar Xaçaturyan yerli mediaya bildirib.
V.Xaçaturyan yazır: "Mən sağ olduğum müddətdə hər zaman səni düşünürəm, sağlam ol və hamıya salam de".
"İndi bilirik ki, o, dərman qəbul edir - səhər və axşam. Səhhətinin normal olduğunu deyirlər. Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ayda bir dəfə papaya baş çəkirlər", - T.Xaçaturyan bildirib.
Xatırladaq ki, 68 yaşlı Vaqif Xaçaturyan Meşəli soyqırımında iştirakda təqsirləndirilir və hazırda məhkəmə istintaqı davam edir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ