İnsanlara hürriyət, millətlərə istiqlal!

“Caliber”: “Qərb Rusiyanı Ermənistandan təpiklə qovur” - VİDEO

2022-ci ilin oktyabrın 6-da Praqada Azərbaycan, Avropa İttifaqı, Fransa və Ermənistan liderlərinin görüşü zamanı Ermənistan-Azərbaycan sərhədinə Avropa İttifaqının xüsusi missiyasının göndərilməsi ilə bağlı təklif irəli sürüldü.

Musavat.com xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalının növbəti buraxılışında bildirilib.

Müəllif qeyd edir ki, bir neçə gün öncə Azərbaycan telekanallarının jurnalistləri ilə görüşündə çıxış edən Prezident İlham Əliyev Praqada baş tutmuş görüşün bəzi detallarını açıqlayıb.

Dövlət başçısının sözlərinə görə, həmin görüşdə təklifin biri də o olub ki, Avropa İttifaqının xüsusi missiyasından ibarət qrup o cümlədən Azərbaycan tərəfinə göndərilsin. Lakin ölkə başçısı qeyd edib ki, bu təklif rəsmi Bakı tərəfindən rədd edilib.

“Axı bu, bizim ölkəmizin suverenliyi məsələsidir”, - deyə müəllif vurğulayır.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR