İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çağırılmamış qonaqlar” Laçından tələm-tələsik nə daşıyır? - erməni məkri...

Arif Paşa: “Keçmiş Dağlıq Qarabağda yaşayan bütün ermənilər cinayətkardır”

“Avqustun 25-də Azərbaycana təhvil veriləcək ”artsax respublikası"nın Berdzor (Laçın şəhəri - red), Aqavno (Zabux - red) və Sus yaşayış məntəqələrindən mədəniyyət abidələrinin təxliyəsi gələn həftə (avqustun 21-dək - red.) başa çatacaq".

Bunu mifik “artsax”ın qondarma “təhsil, elm, mədəniyyət və idman naziri”nin müavini Lernik Hovhannisyan News-am-a müsahibəsində bildirib.

“Kitab fondu - kitabxanalar, eləcə də muzey eksponatları da çıxarılmalıdır. Hazırda Berdzor (Laçın - red.) şəhər kitabxanasının kitab fondu, Sus və Ağavno (Zabux - red.) abidələri boşaldılıb. Berdzor-Aqavno yolunda yerləşən monumental sənət abidələri, xaçkarlar, o cümlədən abidələr əsasən çıxarılıb, işlər davam edir, çox güman ki, gələn həftə yekunlaşacaq”, - Hovhannisyan deyib.

Sual yaranır: ermənilər tələm-tələsik Laçından nə daşıyırlar belə? Yenə hansı məkrli plan, oyun qurublar bizə qarşı? Hansı “mədəni abidələr”dən, kitabxanadan, xaçkarlardan söhbət gedir? Niyə çıxarırlar?

Bu suallarla Laçın batalyonunun keçmiş komandiri Arif Paşaya müraciət etdik.

O, narahatlığını bu cür ifadə etdi: “Bir məntiq var. Əgər bu insanlar 1992-ci ilə qədər özlərinə aid olmayan, bizim qurduğumuz Laçını Berdzor adlandırırlarsa, görün indi bunlar nə qədər həyasız millətdir. Bu cür hərəkət edənlərin tarixi saxtalaşdırmaları, digər yollara əl atmaları normaldır. Onların xisləti bununla yoğrulub. 1924-cü ildə əsası qoyulmuş Laçın 1992-ci ildən sonra Berdzor adlandırılıb. O cümlədən Zabux və digər kəndlərin adları dəyişdirilib. Laçından onların köçürülməsi məsələsi reallaşmalı idi. Burada indi əsas olan odur ki, onlar Laçından necə köçürlər. Onlar daha tez oradan rədd olub getməlidirlər. Vaxt verməyimiz ermənilərə əl-qol açmağa imkan verdi. Orada alban abidələrimiz, qəbirüstü abidələr, qoç heykəlləri var. Qədim türklərə aid olan, həmçinin YUNESKO-nun qəbul etdiyi abidələr var ki, onları yığıb aparırlar. Orada Laçın muzeyi var idi. Çox qiymətli eksponentlarla əhatə olunmuşdu. Ovaxtkı hakimiyyətin məsuliyyətsizliyi ucbatından həmin qiymətli əşyalar çıxarılmadı. Laçın Diyarşünaslıq Muzeyinin də qiymətli eksponentları orada qaldı. Çox qiymətli sənət əsərlərimiz var idi. Ermənilər Laçının işğalından daha çox bizə onunla zərbə vurdular ki, tariximizi məhv etməklə məşğuldurlar. Həm tariximizi saxtalaşdırırlar, həm də özününküləşdirirlər. Bu, çox yolverilməz bir haldır. Bunun qarşısı qətiyyətlə alınmalıdır. Təcili surətdə Laçın-Gorus yolu bizim sərhədçilər tərəfindən nəzarətə götürülməlidir. Orada isə buraxılış ancaq bizim tərəfdəkilər tərəfindən olmalıdır. Çünki onlar artıq bizim abidələri daşıyırlar. Azından bu yolda nəzarət-buraxılış məntəqəsi qurulmalıdır ki, ermənilər tarixi abidələrimizi daşımasınlar. Qalib gələn tərəf bizik. Amma öz xislətlərinə uyğun yenə ermənilər davam edirlər, meşələri yandırırlar, abidələri söküb aparırlar. İndi sual çıxır: qalib gələn bizik, yoxsa ermənilər? Bir tarixi abidəmiz belə Ermənistan ərazisinə buraxılmalı deyil”.

ARİF PAŞA: “Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki...”

Arif Paşaya

A.Paşa Laçında heç vaxt ermənilərin olmadığını söylədi: “Tarix baxımından Laçın gənc sayıla biləcək bir şəhərdir. Bu şəhər mənim gözümün qabağında böyüyüb. Orada heç bir erməni izi olmayıb. Ya xaç basdırıb sonradan çıxarırlar, ya da bütlərin üstünə xaç işarəsi çəkirlər. Bendzor “artsax”a qədər saxtadır. Bunların bütün fəaliyyəti uydurmadır. Bu millətin xislətində yalan, başqalarının mədəniyyətinə sahib çıxmaq, ikiüzlülük, hiyləgərlik hər zaman var. Bir daha deyirəm ki, Laçın-Gorus yolunun üzərində nəzarət-buraxılış məntəqəsi qurulmasa, çətin olacaq, onlar tarixi abidələrimizi Ermənistana daşıyacaqlar. Tarixin məhvi ərazinin işğalından daha ağırdır. Bir sözlə, şikəst qalırsan. Bu millətin min illərdir ki, yaratdıqları tarixi məhv etməklə məşğuldurlar".

Müsahibimiz buraxdığımız səhvlərdən nəticə çıxarmadığımızı təəssüflə qeyd etdi: “Kəlbəcərdə humanist nöqteyi nəzərimizdən verdiyimiz vaxt hansı rolu oynadı? Sualın cavabı hamımıza məlumdur. Mən hər zaman sərt addımların atılmasının tərəfdarıyam. Ermənilərə vaxtın verilməsi göstərir ki, həmin əraziləri onlar minalayacaqlar. Onları yaxşı tanıyırıq. Ağlımıza gəlməyən yerlərə minalar basdıracaqlar. Eyni zamanda bu vaxt ərzində istədiklərini dağıdacaqlar. Ermənisənsə ləyaqətsizsən, saxtakarsan, şərəfsizsən, qatilsən. Mənim ilk ağlıma bunlar gəlir. Əgər bu müharibədə o qədər şəhidimizin qanı bahasına qalib gəlmişəmsə, özümü qalib kimi aparmalı, öz sərt mövqeyimi davam etdirməliyəm. Erməni istəyir bu gün çıxır, istəmir sabaha qalır, istədiyini yığıb aparır. Məhz bunları heç buraxmaq lazım deyil. Qarşılarını kəsib etdikləri cinayətlərə görə haqq-hesab sormalıyıq. Qarabağa yerləşdirilən bütün ermənilər cinayətkardır. Hamısının əli Azərbaycan xalqının qanına batıb. Cinayətkarları istintaqa cəlb etmək lazımdır. İstisna hal kimi günahı olmayanlar varsa, onları təbii ki, buraxardım. Mən Laçında yaşamışam. Əli Azərbaycan xalqının qanına batmayan erməni tanımıram. Keçmiş Dağlıq Qarabağda yaşayan bütün ermənilər cinayətkardır. Xalqımıza qarşı törədilən bütün soyqırımlarda onların əli var. Qadınlı-kişili əli silah tutan bütün ermənilər törədilən faciələrdə günahkardır. Humanist prinsipləri filan boş buraxmaq lazımdır. Xalqım Xocalı, Ağdaban kimi faciələr görüb. Bütün bunları görən heç bir toplum, hökumət humanist mövqedən çıxış edə bilməz. Dünya sərtliyi qəbul edir. Bu xalq bilməlidir ki, etdiyi hər bir şeyin cavabını alacaq. Biz nə etsək belə erməni düşməndir. Tarix  boyu birgə yaşayış erməninin bizə münasibətini dəyişmədisə, demək, qatar çoxdan gedib. Özümüzü aldatmaq lazım deyil. Düşmənə hansı münasibət lazımdırsa, o da göstərilməlidir. Ermənilərlə adekvat davranmaq lazımdır. Bundan başqa yol tanımıram və qəbul etmirəm”.

Keçmiş alay komandiri onu da bildirdi ki, Laçından çıxış Qarabağdakı proseslərin mini formatıdır: “Erməni silahlı qruplaşmaları çoxdan çıxarılmalı idi. Hazırda oradadırlar. Lazım gələndə bizə qarşı vuruşurlar da. Laçın təbiəti zəngin olan bir yerdir. Azsaylı ailələr orada qalıb və onlar çıxa bilərlər. Amma narahatlığım odur ki, silahlı ermənilər qalmağa davam edərlər. Bu ehtimallar nəzərə alınmalıdır. Ərazilər tam təmizlənəndən, buna arxayın olduqdan sonra əhali o yerlərə köçürülməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR