İnsanlara hürriyət, millətlərə istiqlal!

BVF Argentinaya 20 milyard dollar ayırdı

Beynəlxalq Valyuta Fondu (BVF) Argentinaya 20 milyard dollar kredit ayrılmasını təsdiqləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı ölkənin İqtisadiyyat naziri Luis Kaputo açıqlayıb.

Onun sözlərinə görə, birinci tranş 12 milyard dollar təşkil edir: "Biz dərhal BVF-dən 12 milyard dollarlıq ilk tranşı alacağıq.

Bu vəsait aprelin 15-də gələcək". Kaputo qeyd edib ki, ölkə iyunda daha 2 milyard dollar alacaq. Argentina hökumətinin məlumatına görə, proqram 10 il davam edəcək, bunun 4,5 ili güzəşt müddəti olacaq. "Bu proqram mərkəzi bankın ehtiyatlarını gücləndirmək üçün istifadə olunacaq", - prezident administrasiyasının bəyanatında deyilir.

İqtisadiyyat naziri həmçinin bildirib ki, Argentina iyun ayına qədər digər beynəlxalq təşkilatlardan daha 3,6 milyard dollar almağı gözləyir. Bundan əvvəl Argentina parlamenti prezident Havyer Mileyin BVF ilə yeni kredit proqramı üzrə saziş bağlamağa imkan verən fövqəladə fərmanını təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR