İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikanı narkokartellər idarə edir – Trampdan sensasion açıqlama

Meksika narkotik kartelləri tərəfindən idarə olunur.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp The Daily Caller-ə müsahibəsində çıxış edib: "Mən Meksika prezidenti Klaudiya Şeynbaumu sevirəm. Düşünürəm ki, o, fantastik qadındır. O, müəyyən mənada həqiqətən heyrətamiz qadındır, çox zərif və gözəldir. Amma Meksikanı kartellər idarə edir. Onu kartellər idarə edir. Mən oraya hərbçi göndərməyi təklif etmişəm, amma o, bizim bunu etməyimizi istəmir. Çünki qorxur. Çox qorxur".

Bundan əvvəl “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, Tramp gizli şəkildə Pentaqona Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə başlamaq üçün göstəriş imzalayıb. Bu məlumatı şərh edən Şeynbaum bildirib ki, Meksika hakimiyyəti Amerika hərbçilərinin onların ərazisində narkotik kartellərinə qarşı əməliyyatlar keçirməsinə icazə verməyəcək. Onun sözlərinə görə, ABŞ Meksikaya qoşun göndərməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR