İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bütün yollar Xankəndinə, Xocalıya, Xocavəndə, Agdərəyə gedir”

Deputatdan ilginc açıqlamalar: “And olsun “qırmızı xət”dən dəm vuranların cəddinə ki…”

“Demək, Qafqazdakı hayları Rusiyanın əlindən alıb özlərinin geosiyasi alətinə çevirmək niyyəti güdənlər torpaqlarımızın işğal altında saxlanmasına “haqq qazandıracaq” heç nə qalmadığını, onların qapalı görüşlərdə Ermənistan ordusunun bizmkindən daha güclü olmasını nəzərə almamız haqda moizələrinin aktuallığını itirdiyini gördükdən sonra “azərbaycanlı” əlaltılarından da faydalanmaqla bütün güclərini ölkəmizi qaralamağa yönəltmişdilər. Onlar Ermənistandakı hərbi xunta və Qarabağdakı separatçı ünsürləri özlərinin sivilizasiyasının və demokratik düşərgələrinin təmsilçiləri kimi təqdim edirdilər. Azərbaycana gələndə çalışırdılar dünyada belə bir təsəvvür formalaşsın ki, burada demokratiya, söz azadlığı yoxdur, ona görə də Qarabağdakı haylar bizimlə birgə yaşaya bilməzlər”.

Musavat.com-un məlumata görə, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Sosial şəbəkədəki şəxsi profilində deputat daha sonra qeyd edib ki, həmin qüvvələrin bu cəhdləri heç bir nəticə vermədi: “Şanlı Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı azad etdi. Həmin çevrələr yeni reallığı hələ tam həzm edə bilmir. Ona görə də indi Azərbaycandan Rusiya, işğalçı "demokratik" Ermənistandan isə Ukrayna “düzəldirlər”, daha doğrusu, belə bir cəhddə bulunurlar. Bunun üçün də Nensi Pelosi nənənin “azərbaycanlı” və “ukraynalı” balalarıyla nəvələrini hərəkətə gətiriblər.

Ukraynadakı bəzi “millətçi” ünsürlərin sentyabırın 12-13-dəki olaylara görə Azərbaycanı tənqid etmələri təbii ki, onların tapşırığıyla baş verdi. Əlbəttə, torpaqları uzun zaman işğal altında qalan, indi də bunun nəticələrini aradan qaldırmağa çalışan Azərbycanı Rusiya ilə tutuşdurmaq üçün gərək bir zamanlar Əfqanıstanı "demokrtik ölkə" kimi təqdim edənlər qədər abrısız və fantaziyaçı olasan. Bu yöndə cəhdlər alınmır və alınmayacaq. Amma bəzi ukraynalıların açıqlamalarından göründü ki, həmin adamlar əslində “millətçi” yox, amerikaçılardırlar. Onlara okeanın o tayından tapşırıq gəlsə ki, Rusiyanın ölkənizin bir hissəsinin işağlıyla razılaşmaq lazımıdr, xalqı bir andaca bu yöndə səfərbər etməyə çalışacaqlar.
Xanım Pelosinin bizdəki mənəvi qohumları da 2001-ci ildə Ki-Uest danışılarrı öncəsi mitinq keçirməyə hazırlaşdıqları halda buradakı ABŞ səfriliynin təlimatıyla necə ondan vaz keçmişdilərsə, indi də məhz sözü gedən ukraynalılar kimi tapşırıq nə olsa, ona da əməl edəsidirlər, edirlər. Hətta göründüyü kimi, Azərbaycanın öz torpaqları üzərində suverenliyinin tam təmini üçün canından və qanından keçənlərimizi, yaxud da buna hazır olan igidlərimizi “oğru pişik” adlandıracaq qədər (sizdən üzr istəyərək öz adıyla yazıram) alçaqlığa, şərəfziliyə gedirlər”.

S.Alıyevin sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu isə göstərir ki, qərbdəki bəlli çevrələrin və hayların “azərbaycanlı” nökərlərindən də faydalanmaqla dövlətimizdən təcavüzkar düzəltmək cəhdləri alınmır: “Xalqımız yaxşı anlayır ki, “Qətiyyətli cavab” əməliyyatı başqasının torpağını zəbt yox, öz torpaqlarımız üzərində suverenliyimizi tam təmin edilməsi məqsədi ilə reallaşdırıldı. Yəni hardan keçməsindən asılı olmayaraq bütün yollar, Xankəndinə, Xocalıya, Xocavəndə, Agdərəyə gedir. Edilən ardıcıl, məqsədyönlü və milyonlar sərf olunan cəhdlərə rəğmən respondentlərin 85%-nin “Qətiyyətli cavab”a bənzər əməliyyatların gərəkdiyi zaman davamını istəməsi həm də qərbdəki və qonşuluğumuzdakı bəzi dövlətlərin Ermənistanın təxribatlarına, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə, Zəngəzur dəhlizinin açılmamasına göz yummamıza yönəlik çağırış, bəyanat və zənglərini heç sayan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə dəstəkdir”.

Deputat bildirib ki, BMT-dəki çıxışında özünü Qafqazın “baş demokratı” kimi təqdim edən Nikol Paşinyan torpaqlarımızın geri qaytarılması, hər qarışı üzərində suverenliyinin tam təmin edilməsi yönqündə atdığı bütün addımları xalqımızın dəstəklədiyi cənab İlham Əliyevdən ona Ermənistanın xəritəsini göstərməsini istəmişdi. Əslində dövlət başçımız bir neçə dəfə, elə Laçında bayraq qaldıranda da həmin xəritələri sadalayıb, Ermənistandakılar zəhmət cəkib baxa bilərlər, onlarda yoxdursa, “böyük bacı”ları Fransadan istəsinlər, yəqin göstərərlər: “Bir sözlə, hərbçilərimiz hazırda hardadırlarsa, harada olacaqlarsa, ora Azərbaycandır! And olsun “qırmızı xət”dən dəm vuranların cəddinə ki, bizə öz torpaqlarımız yetər, başqasınınkında gözümüz yoxdur!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR