İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bütün Ukrayna raket və dronların hücumuna məruz qalır”- Zelenski

“Oktyabrın 17-nə keçən gecə və səhər saatlarında Ukraynanın bütün ərazisi pilotsuz təyyarələr və raketlərdən atəşə tutulub”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Teleqram” kanalında yazıb.

Zelenski Kiyevdə yaşayış binasına da zərbə endirildiyini qeyd edib. Buna baxmayaraq, o, ukraynalıların sınmadığını bildirib:

“Düşmən bütün gecə və səhər dinc əhaliyə qarşı terror törədib. Kamikadze-dronlar və raketlər bütün Ukraynaya hücum edib. Kiyevdə yaşayış binasına zərbə endiriib. Düşmən şəhərlərimizə zərbə vura bilər, amma bizi sındıra bilməz. İşğalçıları yalnız ədalətli cəza və gələcək nəsillərin mühakiməsi gözləyir. Qələbə bizimlədir”, – Zelenski qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR