İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün Avropa bu qızları axtarır - FOTOLAR

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Bayern" - "Real" (2:2) matçı təkcə qolları və meydanda sərgilənən oyunu ilə yadda qalıb.

Bu görüşlə bağlı müzakirə edilən başqa bir məqam da var. Albaniyalı iki qız fanat. Bəli, görüşün rejissorlarının tez-tez izləyicilərə təqdim etdiyi xanım fanatlar qısa zaman kəsiyində sosial şəbəkələrdə məşhurlaşdılar.

Qısa zaman kəsiyində Albaniya bayağına bürünən gözəl qızın kimliyi məlum olub. Onun adı Azra Yaşaridir. O, Şimali Makedoniyadan olan albandır. Onun yanındakı isə rəfiqəsi Rina Xəlilidir.

Qızlar daha bir neçə dəfə ekranda göründülər. Tezliklə onların fotosu bütün Avropa mediasında yayıldı. Sosial şəbəkələrdə çoxları Albaniyanın adını ilk dəfə öyrəndilər. Bu ölkənin harada yerləşdiyini və oraya təyyarə bileti almağın mümkün olub-olmadığını öyrənməyə başladılar.

Bundan sonra isə heç də xoş olmayan hadisə yaşanıb. Qızlara olan marağı hiss edən fırıldaqçılar onların adına xeyli saxta hesab yaradıblar. Buna görə də qızların əsl səhifələrini müəyyənləşdirmək çətinləşib. Onların gündəlik həyatını əks etdirən bir neçə fotoşəkil var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR