Onlayn ictimai-siyasi qəzet
Hər kəs bu həyatda xoşbəxt olmaq istəyir. O da həqiqətdir ki, pulun mövcudluğu bu hədəfin reallaşmasına həmişə kömək edə bilmir.
Astroloqlar bürclərin həyat tərzi, daha doğrusu, xoşbəxtlik və harmoniya əldə etmək üçün lazım olan vacib məqamları açıqlayıb.
Qoç
Qoçlar macəraların və yeni hislərin dolu olduğu həyat azrulayır. Gündəlik adrenalin onlara hava-su kimi vacibdir. Başqa cür onlar darıxacaq və həyatdan zövq ala bilməyəcək.
Buğa
Buğalara saat kimi işləyən bir həyat lazımdır ki, onlar heç nə haqqında narahatlıq keçirtməsin.
Əkizlər
Əkizlər etdiklərinə görə mühakimə edilməyəcəyi həyata ehtiyac duyur. Onlar özlərinə sadiq qalmaq və özünü həmişə rahat hiss etmək istəyir.
Xərçəng
Xərçənglərə hər istədiyini edə biləcəyi bir həyat lazımdır. Onlar üçün öz qabığına çəkilə biləcəyi şəxsi məkanın olması vacibdir. Bu, Xərçənglərə rahatlıq və əmin-amanlıq verəcək.
Şir
Şir bürcləri elə bir həyat arzu edir ki, dəyər verildiyini və ətrafdakıların hörmətini daim hiss edə bilsin.
Qız
Qız bürcləri idarə edə bilmədiyi şeylər haqqında narahat olmaqdan vaz keçə bildiyi - stressdən uzaq bir həyat arzusundadır.
Tərəzi
Tərəzilər özlərini qəbul edə, eyni zamanda, sülh və harmoniya tapa biləcəyi bir həyatın həsrətindədir.
Əqrəb
Əqrəblər üçün düşüncələrini hər zaman açıq şəkildə ifadə edə bilmək vacibdir.
Oxatan
Oxatanlara elə bir həyat tərzi lazımdır ki, istədiyi kimi yaşaya və davrana bilsin.
Oğlaq
Oğlaqlara bu dünyada etdiyi hər şeyin özlərinə qayıda biləcəyi bir həyat lazımdır, çünki bu, onlar üçün vacibdir. Həmçinin hörmətli olmaq istəyirlər.
Dolça
Dolçalar istədiyini edə biləcəyi və hərəkətlərinə görə heç bir məsuliyyət daşımadığı həyat sürmək istəyir.
Balıq
Balıqlara isə sevdiyi insanın gecə-gündüz yanında olmasından başqa heç nə lazım deyil. (publika.az)
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ