İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bunlar boş şeylərdir” - Fərqanə Qasımova

Xalq artisti Alim Qasımovun toyda rep oxuması ilə bağlı görüntülər birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə əksəriyyət onu bu hərəkətlərinə görə tənqid edib.

Demokrat.az mövzu ilə bağlı Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova ilə əlaqə saxlayıb. O bildirib ki, Alim Qasımovun sənəti ilə bağlı işləri heç bu qədər maraqla qarşılamırlar:

“Mən onu deyə bilərəm ki, Alim Qasımov hər dəfə gözəl ifalar edir, nə bilim, möcüzəvi bir şeylər, sənətlə məşğul olanda heç kim bunlarla maraqlanmır. Amma etdiyi adi bir zarafatı xalq bu qədər "gözəl" qarşıladı. Belə çıxır ki, hər işi zarafatla etmək lazımdır, cəmiyyət ciddi şeyləri nadir hallarda qəbul edir”.

Fərqanə Qasımova eyni zamanda qeyd etdi ki, hər kəsi 14 iyunda Heydər Əliyev adına sarayda Alim Qasımovla birgə baş tutacaq konsertinə dəvət edir:

“İnsanlar bir az konsertə, mənəviyyata yönəlsinlər, onlar boş şeylərdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR