İnsanlara hürriyət, millətlərə istiqlal!

Bundesver ukraynalı qaçqınları Moldovadan AFR-ə göndərəcək

Ukraynalı qaçqınların Moldovadan Avropa İttifaqı ölkələrinə və dünyanın digər dövlətlərinə daşınması məqsədilə Almaniya bundesveri tərəfindən xüsusi hava xətti yaradılıb.

AZƏRTAC xəbər verir ki, AFR-in xarici işlər naziri Annalena Berbok bunu son günlərdə Moldovada cəmlənən ukraynalı qaçqınlara kömək barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazirin fikrincə, bu addım Avropa ölkələrinə qaçqınları daha sürətlə qəbul etməkdə, eyni zamanda, ukraynalılara təhlükə zonasını daha tez tərk etməkdə yardımçı olacaq. Qaçqınlar Almaniyaya çatdıqdan sonra onları Avropa İttifaqı ölkələri, Kanada və ABŞ arasında bölüşdürəcəklər. Beləliklə, Almaniya XİN qeyri-ixtiyari olaraq, ölkəsi üzərinə bir növ “qaçqınlar habı” funksiyasını qoyub. Birinci mərhələdə Almaniyaya 2500 nəfərin gətiriləcəyi planlaşdırılır.

Berbok onu da qeyd edib ki, Brüssel Moldovaya təcili yardım üçün 5 milyon avro, AFR hökuməti isə əlavə olaraq, 3 milyon avro həcmində yardım ayıracaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR