İnsanlara hürriyət, millətlərə istiqlal!

Bundestaq İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib

Almaniya Bundestaqı İsveç və Finlandiyanın NATO-ya üzv olmaq barədə müraciətlərini dəstəkləyib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Bundestaq yay tətili öncəsi keçirdiyi son iclasında Finlandiya və İsveçin NATO-ya üzv olmasını böyük səs çoxluğu ilə təsdiqləyib. Bundan əvvəl Skandinaviya ölkələrinin müraciətləri alyansın bir neçə üzvü, o cümlədən Kanada, Polşa, Danimarka və Norveç tərəfindən də dəstəklənmişdi.

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı ratifikasiya prosesi iyulun 5-də start götürüb. Alyansın bütün dövlətləri tərəfindən üzvlük protokolları ratifikasiya edildikdən sonra bu ölkələr rəsmən NATO-ya üzv olacaq. Alyansın baş katibi Yens Stoltenberq prosesin bir neçə ay çəkə biləcəyini deyib.

Qeyd edək ki, Finlandiya və İsveç alyansa qəbul olunmaq üçün mayın 18-də rəsmi müraciət edib. Lakin Türkiyənin vetosu bu prosesi bir müddət ləngidib. İyunun 28-də Madriddə Şimali Atlantika Alyansının sammitindən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistyö, İsveçin baş naziri Maqdalena Anderson və NATO-nun baş katibi Yens Stoltenberq arasında tərəflərin maraqlarına cavab verən memorandum imzalanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR